Şotlandiya müstəqil dövlət olacaq
07 Sentyabr 2014 Bazar 07:41
Sorğu nəticəsində 51 faiz sakin Şotlandiyanın müstəqil dövlət olmasına səs vermək fikrindədir.
“YouGov” xidməti və “Sunday Times” qəzetinin apardığı yeni sorğuya əsasən 51 faiz şotlandiyalı ölkələrinin Böyük Britaniyadan ayrılması tərəfdarı olduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, sorğu yenidən belə nəticə versə, şotlandların Böyük Britaniyadan ayrılmaq istəkləri üstünlük təşkil etdiyi üçün 2016-cı ilə Şotlandiya müstəqil dövlət olacaq. Bu barədə “Agence France-Presse” bildirib.
Keçirilən sorğu nəticəsində 51 faiz sakin Şotlandiyanın müstəqil dövlət olmasına səs vermək fikrindədir.
Qeyd edək ki, Şotlandiya (İngiliscə: Scotland) — Böyük Britaniya adasının şimal hissəsində yerləşir və Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazidir. Paytaxtı Edinburqdur. Ən böyük şəhəri isə Qlazqodur.
DOSTLARINLA PAYLAŞ: