Sosial şəbəkədə tanış olduğu 14 yaşlı qızı zorlayıb
13 Fevral 2015 Cümə 06:30
Sosial şəbəkədə tanış olduğu 14 yaşlı qızla intim münasibətdə olan 19 yaşlı şəxs barəsində 19 il 9 ay həbs cəzası verildi.
Türkiyənin Zonquldaq vilayətində 14 yaşlı qızla intim münasibətdə olan 19 yaşlı şəxs barəsində 19 il 9 ay həbs cəzası verildi.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, avtobusda konduktor işləyən 19 yaşlı Caner K. Ötən il Facebookda 14 yaşlı məktəb şagirdi E.A. ilə tanış olub. Keçən ilin sentyabr ayında Caner E.A. ilə şəhərdəki fındıq bağında və daha sonra apardığı kəndlərdən birində intim münasibətdə olub.
Oktyabrın 23-də isə məktəbdən çıxarkən qızı kirayə tutduğu evə apararaq burda 9 gün saxlayıb və 3 dəfə intim münasibətdə olub.
E.A.nın ailəsi isə qızlarının itkin düşməsi barədə polisə məlumat verib. Qızı evdə aşkarlayaraq ailəsinə təhvil verən polis Caner K.ni saxlayaraq bölməyə aparıb.
Şübhəli şəxs barəsində həddi büluğa çatmamış şəxslə intim münasibət qurmaq və şəxsi azadlıqdan məhrum etmək cinayətləri ilə məhkəmə iddiası qaldırılıb.
Caner K. gördüyü işin cəzasının bu qədər ağır olduğunu bilmədiyini deyərək daha əvvəlki etiraflarını inkar etməyə çalışıb. O hətta xəstə olduğunu, bu vəziyyətdə intim münasibət qurmasının mümkünsüz olduğunu iddia edib.
E.A. isə onun dediyi sözlərin əksəriyyətinin yalan olduğunu, axırıncı dəfə təhdid və qorxudularaq qaçırıldığını və şübhəlinin heç bir xəstəliyi olmadığını deyib.
DOSTLARINLA PAYLAŞ: