Sörfinqlə məşğul olan dəvə
18 Mart 2010 Cümə Axşamı 17:35
Cənubi Amerika idmançısı qeyri adi sınaqla yadda qalıb
Pisko adını verdiyi alpaka cisindən olan heyvanla birlikdə sörf taxtasının üzərinə çıxıb.
Üç ay müddətində heyvanı suya alışdıran idmançı nəhayət okeanda sınağını həyata keçirib. Xilasedici jilet geyindirilən Pisko Pianezzinin əlindən canını qurtarmaq üçün bir neçə dəfə suya tullanıb.
44 yaşlı idmançı bu cür sınaqları daha öncə it, pişik və tutuquşu ilə də keçirib.
Qeyd edək ki, alpaka Cənubi Amerikanın And dağlarında yaşayan əhliləşdirilmiş dəvə növüdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: