Sonya Qandi ABŞ-da uğurla əməliyyat olunub
06 Avqust 2011 Şənbə 00:51
Hindistanın hakim partiyasının başçısı Sonya Qandi hazırda terapiya şöbəsində bərpa kursu keçir.
Hindistanın hakim partiyasının sədri Sonya Qandi Birləşmiş Ştatların xəstəxanalarından birində uğurla əməliyyat olunub. Bu barədə avqustun 5-də Qandinin başçılıq etdiyi Hindistan Milli Konqresinin (HMK) mətbuat katibi Canardan Dvivedi xəbər yayıb. Onun sözlərinə görə, “Qandi üzərində əməliyyat aparmış həkimlər hesab edirlər ki, cərrahi müdaxilə müvəffəqiyyətlə keçib”.
Hazırda siyasətçi intensiv terapiya şöbəsində bərpa kursu keçir. 64 yaşlı Sonya Qandi Hindistanın keçmiş baş naziri Raciv Qandinin dul arvadı, Hindistan xalqının ən nüfuzlu və sevimli siyasətçilərindən biridir.
Ekspertlər belə hesab edirlər ki, onun oğlu Raxul ölkə hökumətinin gələcək başçısı vəzifəsinə ən ağlabatan namizədlər sırasındadır. anspress
DOSTLARINLA PAYLAŞ: