Son 100 ilin ən güclü qarı yağdı
22 Fevral 2013 Cümə 10:54
ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan edilib.
Amerika Birləşmiş Ştatlarının mərkəzi hissəsində son 100 ilin ən güclü çovğunu tüğyan edir. Ümumilikdə 20 ştatda 60 milyondan çox adam pis hava şəraitindən əziyyət çəkir. Missuri və Kanzas ştatlarında isə fövqəladə vəziyyət elan edilib. Regionun əksər şəhərlərində dövlət iş yerləri və məktəblər bağlanıb.
Güclü qar yol qəzalarının sayını artırıb, 2 ölüm faktı qeydə alınıb.
Sakinlərə vacib olmadığı müddətdə evdən çölə çıxmamaq və minik avtomobillərindən istifadə etməmək tövsiyə olunub. Bölgə sakinləri güclü qar və çovğunun elektrik enerjisi naqillərinə ziyan vuracağından narahatdırlar.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, belə hava şəraiti bölgədə 1912-ci ildən bəri müşahidə edilməyib.
DOSTLARINLA PAYLAŞ: