Somalili dəniz quldurları daha bir gəmini ələ keçiriblər. «Marafon» adlı gəmi Hollandiyaya məxsus olan Antil adalarının bayrağı altında üzüb və gəmidə 8 Ukrayna vətəndaşı olub. Gəmi koks (daş kömür və ya torfdan alınan yanacaq) daşıyırmış.
Qeyd edək ki, may ayının 2-də dəniz quldurları Yunanıstana məxsus olan «Ariana» gəmisini ələ keçirmişdilər. Gəmidə olan 24 nəfər heyət üzvünün hamısı ukraynalı olub. Somalili quldurların ələ keçirdikləri girovların sayına görə, ukraynalılar filippinlilərdən sonra ikinci yeri tuturlar./ANS PRESS/