Somalidə qarşıdurma zamanı 9 nəfər həlak olub
17 İyun 2009 Çərşənbə 16:30
Üsyançılarla döyüş zamanı paytaxt Moqodişonun polis rəisi həlak olub

Somali ordusu ilə radikal islamçılar arasında baş verən toqquşma nəticəsində ən azı 9 nəfər ölüb, təqribən 30 nəfər yaralanıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, üsyançılarla döyüş zamanı Somali paytaxtı Moqodişonun polis rəisi həlak olub.

Xatırladaq ki, islamçılar prezident şeyx Şərif Şeyx Əhmədin hökumətini tanımaqdan imtina edirlər. O bu posta yanvarda seçilib.

Somalidə təqribən 20 ildir ki, mərkəziləşdirilmiş hakimiyyət yoxdur, 1991-ci ildən ölkədə vətəndaş müharibəsi gedir. /ANS PRESS/





DOSTLARINLA PAYLAŞ:

oyunlar