Somalidə İran gəmisi ələ keçirilib
19 Mart 2009 Cümə Axşamı 11:20
İlkin məlumata görə, quldurlar İran gəmisini balıq torlarına ziyan vurduğu üçün tutublar

Somalidə İrana məxsus gəmi ələ keçirilib. Bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Yerli balıqçılar gəmini Punlend vilayətinin sahillərində tutublar. İlkin məlumata görə, gəmi Somali sularında qanunusuz balıq ovu ilə məşğul olduğuna və ya yerli sakinlər tərəfindən qurulmuş, balıq tutmaq üçün istifadə edilən tora ziyan vurduğu üçün saxlanılıb. Dənizçilərin müdafiəsi ilə məşğul olan Şərqi Afrika təşkilatının fikrincə, gəmi dəyən ziyan ödənildikdən sonra buraxılacaq. İranın PRESS TV kanalının yaydığı məlumat görə isə gəmini dəniz quldurları ələ keçiriblər. Hələlik məsələni İranın Xarici İşlər Nazirliyi tərəfindən şərh edən olmayıb.
Xatırladaq ki, hazırda somalili dəniz quldurlarının əlində 15-ə yaxın gəmi var. Quldurlar adətən gəmiləri azad etmək üçün böyük miqdarda pul tələb edirlər./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar