Somalide bombalı hücum: 20 ölü
07 Sentyabr 2013 Şənbə 18:32
Hökumət işçilərinin olduğu "Feylic" adlı restoranda partlayış nəticəsində 20 nəfərdən çox adam həlak olub, yüzdən çox adam isə yaralanıb.
Bu gün səhər Somalinin paytaxtı Moqadişu şəhərinin cənubunda yerləşən restoranın yaxınlığında partlayıcı maddələr yüklənmiş avtomobil partlayıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müştərilərinin əksəriyyətinin hökumət işçilərinin olduğu "Feylic" adlı restoran yaxınlığında baş verən partlayış nəticəsində 20 nəfərdən çox adam həlak olub, yüzdən çox adam isə yaralanıb.
Somali hökuməti hələlik partlayışla bağlı açıqlama gəlməyib və partlayışı heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Qeyd edək ki, "Feylic" restoranı ötən il də hücumların hədəfi olmuş və baş vermiş partlayışda çox sayda vətəndaş həyatını itirmişdi.
DOSTLARINLA PAYLAŞ: