Somali quldurları Yeni Zelandiyaya məxsus gəmini ələ keçiriblər
13 İyun 2009 Şənbə 22:35
Onların bu dəfəki qurbanı “Şarel” yük gəmisidir

 

Somali quldurları bu dəfə Yeni Zelandiyaya məxsus gəmini ələ keçiriblər. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, quldurlar iyunun 12-də Aden körfəzində “Şarel” adlı yük gəmisinə hücum ediblər.

Xatırladaq ki, gəminin ekipaj üzvləri 19 nəfərdən ibarətdir.

Ekipaj üzvlərinin Yeni Zelandiya, Filippin və Şri-Lanka vətəndaşları ola biləcəyi ehtimal edilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar