Somali prezidenti tam qələbəsini elan edib
13 İyul 2009 Bazar Ertəsi 16:10
Ölkənin paytaxtı uğrunda iki aydan çox davam edən mübarizədə nəticəsində islamçılar məğlub olublar

Bu gün Somali prezidenti Şeyx Şərif Şeyx Əhməd ölkənin paytaxtı uğrunda iki aydan çox davam edən mübarizədə "islamçı"lar üzərində tam qələbə çaldığını elan edib.

ANS PRESS-in “İtar-Tass”-a istinadən verdiyi xəbərə görə, uzun müddət mübarizə aparan hökümət qüvvələri ərazilərin böyük əksəriyyəti üzərində nəzarəti geri qaytara biliblər. 

Xatırladaq ki, bazar günü Moqadişonun şimalında baş vermiş toqquşmalar zamanı 40-dən çox döyüşçü, 18  dinc sakin və üç əsgər həlak olub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumat əsasən, hazırda Moqadişoda son mühüm strateji məntəqələr uğrunda mübarizə gedir. /ANS PRESS /

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar