Somali piratları turisti öldürüb
08 Noyabr 2010 Bazar Ertəsi 22:10
Girov götürülən şəxslərin Böyük Britaniya vətəndaşları olduğu ehtimal edilir
Somali piratları ötən həftə Keniya sahillərində girov götürdükləri yaxtadakı turistlərdən birini öldürüb. İTAR-TASS-ın yaydığı məlumata görə, həmin turist yaxtanın ələ keçirilməsi zamanı piratlara müqavimət göstərib və onlar ona atəş açıb.

Yaxtada CAR vətəndaşları olan üç ailə olduğu bildirilir. Bəzi məlumatlarda isə turistlərin Böyük Britaniya vətəndaşları olduğu deyilir. Onların arasında qadın və uşaqlar da var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar