Somali piratları qarət etdikləri pullarla birja yaradıblar
04 Dekabr 2009 Cümə 03:20
Bu pullardan xəstəxana, məktəb və s. sosial xidmət sahələrində istifadə olunur
Ölkə sahillərini gəlir mənbəyinə çevirən Somali dəniz quldurları yığdıqları pullarla birja qurublar. Quldurlardan biri “Reuters”ə verdiyi açıqlamada, artıq qarət etdikləri pulları investisiyaya çevirməyə qərar verdiklərini bildirib. “4 ay əvvəl koperativ qurmağa qərar verdik. 15 dənizçilik şirkəti ilə işə başladıq. Hazırda 72 şirkətimiz var. Qayıqlarımızla böyük ticarət gəmilərini qaçırırıq. Səhmlərimiz pul, silah və gəlir gətirən hər cür ticari mallara açıqdır”.

Başqa bir quldur isə qarət olunan pullarda qəsəbənin də hissəsi olduğunu və bu pulların xeyriyyə məqsədi ilə xərcləndiyini deyib: “Dəniz quldurluğu bizim regionda əsas gəlir mənbəyidir. Qəsəbə də bu gəlirdən pay əldə edir. Bu pullardan xəstəxana, məktəb və s. ictimaiyyətə faydalı olacaq işlərdə istifadə olunur. Artıq dəniz quldurluğu ən gəlirli sahədir”.

Qeyd edək ki, 24 saat fəaliyyət göstərən birjaya sadəcə dəniz quldurları yox, qəsəbənin mülki əhalisi də investisiya qoyur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar