Somali baş naziri istefa verdi
20 İyun 2011 Bazar Ertəsi 05:10
Məhəmməd Abdullah Məhəmməd ölkə mənfəətlərini diqqətə alaraq bu addımı atdığını deyib.
Somalinin baş naziri Məhəmməd Abdullah Məhəmməd ötən gün tutduğu vəzifədən istefa verib. Baş nazir Məhəmməd mətbuata verdiyi açıqlamada ölkə mənfəətlərini diqqətə alaraq bu addımı atdığını deyib: “İctimaiyyətin mənfəətlərini diqqətə alaraq və “Kampala razılaşması”nın şərtlərinə uyğun olaraq istefa etməyə qərar verdim”.
Qeyd edək ki, “Kampala razılaşması” iyunun 9-da Uqanda prezidenti Yoveri Kaquta Museveni ilə BMT-nin Somali nümayəndəsi Avqustin Mahiqanın iştirakı ilə keçirilən tədbirdə imzalanmışdı. Razılaşma müvəqqəti təşkilatların müddətinin 2012-ci ilə qədər uzadılmasını, prezident və parlament seçkilərinin 2012-ci ilin avqustunda keçirilməsini və baş nazirin istefasını nəzərdə tutur.
Qeyd edək ki, razılaşmanı imzalamayan Məhəmməd Abdullah Məhəmməd daha əvvəl istefa vermək istəmirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: