Soma mədənində ölənlərin sayı 282-yə çatıb
15 May 2014 Cümə Axşamı 10:46
Soma mədənindəki faciənin miqyası get-gedə böyüyür. Ölənlərin sayı 282-yə çatıb.
Türkiyənin Soma rayonundakı kömür mədənində yaşanan faciədə ölənlərin sayı 282-yə yüksəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, enerji və təbii sərvətlər naziri Taner Yıldız bu gün Türkiyə vaxtı ilıə saat 08:00-aid məlumatı çatdırıb. Məlumatda ölü sayının 282-yə çatdığı bildirilir. 271 cəsəd artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar