Şok xəbərin müxbiri geri çağırıldı
18 İyul 2014 Cümə 02:39
“NBC” Qəzzadakı müxbirini geri çağırıb.
“NBC” televiziyası bütün dünyada əks-səda oyandıran xəbərə imza atan müxbirini geri çağırıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın “NBC” televiziyası ötən gün Qəzzada çimərlikdə oynayan 4 uşağın İsrail hücumu nəticəsində ölümünə şahidlik edən müxbirini geri çağırıb. “NBC” rəhbərliyi çəkdiyi xəbər səbəbiylə çoxlu tərif alan Ayman Mahyeldinin dərhal Qəzzanı tərk etməsini istəyib.

Şirkətdən bildirilib ki, qərarın verilməsinə səbəb İsrail hökumətinin Qəzzaya quru hərəkatı başlatması və nəticə etibarilə müxbirin təhlükəsizliyi nəzərə alınıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar