Şok iddia: “Turqut Özal çox yeməkdən ölüb”
13 Noyabr 2010 Şənbə 04:10
Bu iddia ilə Türkiyə parlamentinin eks-spikeri Hüsaməddin Cindoruq çıxış edib.
Türkiyə parlamentinin sabiq spikeri və Demokrat Partiyasının (DP) sədri Hüsaməddin Cindoruq 8-ci prezident Turqut Özalın çox yeməkdən öldüyünü iddia edib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Cindoruq mərhum prezidentin axırıncı Orta Asiya səfərində çox yediyini, bunu onun özünün də etiraf etdiyini bildirib. “Mən o vaxt Məclisin spikeri idim. 1993-cü ilin aprel ayında mərhum Özal Orta Asiya səfərindən qayıtmışdı. Mənə, “Bu dəfə çox yoruldum. Məni çox yedirdilər. qarşıma 35 növ yemək qoydular. Yeməsəm, dadına baxmasan inciyirlər. İnsan yemək yeyəndə bəzən özünü itirir. Hətta çox yediyim üçün həkimimin də mənə acığı tutdu” – demişdi”.
Sabiq spiker Turqut Özal can verdiyi vaxt onun yanında olduğunu, onda hər hansı bir zəhərlənmə əlaməti görmədiyini deyib: “Mən həkim deyiləm. Amma hüquqşünas kimi bir çox məhkəmə tibbi ekspertizaslnda iştirak etmişəm. Turqut Özal xəstəxanaya çatdırılanda mən də onun yanında idim. Onda zəhərlənmə əlaməti yox idi. Ölüm tamamilə onun öz əcəli ilə baş verdi”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: