Sofiya – Afina təyyarəsində partlayıcı təşvişi
14 Dekabr 2010 Çərşənbə Axşamı 05:21
Keçirilən axtarışlar nəticəsində təyyarədə partlayıcı maddə olmadığı məlum olub
Bolqarıstanda Sofiya – Afina reysi ilə hərəkət etməyə hazırlaşan təyyarədə partlayıcı maddə olması barədə xəbər sərnişinlər arasında təşvişə səbəb olub. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19.30-da (Bakı vaxtıyla 21.30) baş verib. Yunanıstan “Olimpik Airlines” şirkətinə aid təyyarədən sərnişinlərin evakuasiya olunduqlarını deyən Sofiya hava limanının icraçı direktoru Nikolay Kabakçiyev təyyarədə hər hansı bir partlayıcı aşkarlanmadığını bildirib. Kabakçiyev həmçinin aparılan təhlükəsizlik işlərindən sonra sərnişinlərin eyni təyyarə ilə yola davam edəcəklərini deyib.
DOSTLARINLA PAYLAŞ: