Soçidə Adranikə heykəl qoyulacaq
30 Oktyabr 2010 Şənbə 01:35
Qulağı kəsik “qəhrəman”ın heykəlini qoymaq təşəbbüsünü ermənilər irəli sürüblər.
Rusiyanın Soçi şəhərində XIX əsrin sonu-XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanda çoxsaylı cinayətlər törətmiş erməni quldur dəstəsinin rəhbəri Adranik Ozanyana heykəl qoyulacaq. Rusiya ermənilərinin “Yerkramas” qəzetinin məlumatına görə, heykəl üçün Soçinin Lazaraev rayonunda yer müəyyənləşdirilib.
Abidənin qoyulması təşəbbüsü 1915-1923-cü illərdə Türkiyəni tərk edən ermənilərin hazırda Soçidə yaşayan övladlarına məxsusdur. Heykəlin müəllifi Ermənistanın xalq rəssamı Marat Minasyandır. Heykəlin hündürlüyü dörd metr, çəkisi bir neçə tondur.
Andranik Ozanyan 1865-ci ildə Türkiyənin Qarahisar bölgəsində anadan olub. Gənc yaşlarında eyş-işrət içərisində yaşayan Andranik 16 yaşından quldurluğa və terrorçuluğa meyilli olub. 1912-1914cü illlərdə Balkan müharibəsində dinc türk əhalisinə divan tutub. 1914-1915-ci illərdə Türkiyəyə gəlib və türklərə qarşı döyüşüb. Türkiyədə erməni könüllü dəstələrindən birinə Andranik Ozanyan başçılıq edib. O, 1927-ci ildə ABŞ-da ölüb. Onun sümükləri 2000-ci ildə Ermənistana gətirilib və İrəvanda basırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: