“Socar Georgia” Gürcüstan əhalisinin 60 faizini qazlaşdırıb
01 Fevral 2010 Bazar Ertəsi 20:45
“Socar Georgia” Gürcüstan əhalisinin 60 faizini qazlaşdırıb. Növbət üç ildə alan abunəçilərin sayı 200 minə çatdırılacaq.
Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “Socar Georgia” qaz şirkəti Gürcüstan əhalisinin 60 faizini qazla təchiz edib. Qarşıdakı 3 ildə qaz alan abunəçilərin sayı 200 minə çatdırılacaq.
Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi olan “Socar Gerogia” qonşu ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması layihəsini davam etdirir. Bu ölkənin 30 regionunun qazpaylayıcı şəbəkəsini idarəetməyə götürmüş şirkətin qaz bölməsinin rəhbəri Anar Məmmədovun sözlərinə görə, artıq Gürcüstan əhalisinin 60 faizə qədəri mavi yanacaqla təmin olunub. Qazlaşdırılan bölgələr sırasında azərbaycanlıların sıx məskunlaşdığı bölgələr də var.
“Azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdən Marneulinin mərkəzi hissəsi tam qazlaşdırılıb. Qardaban rayonun mərkəzi hissəsində böyük reabilitasiya işləri gedir, yəni rayonda olan qaz kəmərlərinin yarıdan çoxu demək olar ki, yenidən qurulur”,-deyə "Socar Georgia”nın direktoru Anar Məmmədov söyləyib.
Şirkət paylayıcı şəbəkənin yenidən qurulmasına və inkişafına 40 milyon dollar sərmayə yatırmağı öhdəsinə götürüb. Anar Məmmədov indiyə qədər 11 milyon dollarlıq işin görüldüyünü, cari ilin investisiya proqramının isə 5 milyon dollar olacağını bildirib.
Qeyd edək ki, Gürcüstanda qazın 1 kubmetri əhaliyə 49 tetriyə və ya 27 sentə satılır ki, bu da Aazərbaycanda olan qiymətlərdən təqribən 2,5 dəfə bahadır. Buna baxmayaraq ölkə sakinləri işlətdikləri mavi yanacağın pulunun demək olar ki, tam ödəyir. Anar Məmmədov ötən il yığım səviyyəsinin 95 faizə yaxın olduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: