Şöbə rəisi rüşvət üstündə həbs olundu
16 Oktyabr 2013 Çərşənbə 11:32
Armavir hərbi komissarlığının şöbə rəisi vətəndaşdan rüşvət tələb edib.
Ermənistanın hesablama sisteminin mayoru, Armavir rayon hərbi komissarlığının ehtiyatda olan çavuşların uçotu şöbəsinin rəisi, mayor E.Sardaryan rüşvət alan zaman saxlanılıb.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, şöbə rəisi iş kabinetində mülki vətəndaşdan itmiş hərbi biletin əvəzinə yenisinin verilməsi üçün rüşvət tələb edib.
Armavir sakininin şikayəti əsasında həbs olunan mayor barəsində Ermənistanın CM-nin 311-ci maddəsi ilə cinayət işi başlanılıb.
DOSTLARINLA PAYLAŞ: