Snouden rektor oldu
19 Fevral 2014 Çərşənbə 02:09
Snoudenin rektorluğa namizədliyini bir qrup tələbə onun vəkili vasitəsilə irəli sürüb.
Adı Amerikanın casus qalmaqalında hallanan Edvard Snouden rektor oldu. ANS PRESS-in Ruisya mətbuatına istinadən verdiyi məlumata görə, dünən Şotlandiyanın Qlazqo universitetində rektor seçimləri baş tutub. Seçimlərdə Snouden qalib gəlib. Özünün vəzifə borcunu yerinə yetirmək üçün Snoudenin Rusiyadan çıxmağına ehtiyac olmayacaq.

Snoudenin rektorluğa namizədliyini bir qrup tələbə onun vəkili vasitəsilə irəli sürüb. Snoudenin rəqibləri velosipedçi Qrem Obri, yazıçı Alan Bisset və Şotland yepiskop kilsəsinin keşişi Kelvin Holsuort idi. Qlazqo universitetinin rektoru tələbələr tərəfindən 3 il müddətinə seçilir.

Rektorun vəzifələrinə tələbələrin maraqlarını universitet rəhbərliyi qarşısında təqdim etmək, tələbə şurası ilə iş və administrasiya qarşısında iştirakçıların suallarını səsləndirmək daxildir.

Qeyd edək ki, Qlazqo universiteti Şotlandiyada qədimliyinə görə ikinci universitet hesab olunur. Onun əsası 1451-ci ildə qoyulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar