Snouden hələ çox qaçacaq
02 Avqust 2013 Cümə 22:54
Belçikalı proqramçı amerikalı Milli Təhlükəsizlik Agentliyi əməkdaşı haqqında 3D oyun yaradıb.
Rusiyadan müvəqqəti siyasi sığınacaq tapmış keçmiş Milli Təhlükəsizlik Agentliyi əməkdaşı Edvard Snouden, bununla “qaçaq” statusunu itirmiş olsa da, Belçikalı proqramçıların yaratdığı bir video oyunda, eyniadlı əsas oyun qəhramanı hələ çox qaçmalı olacaq. “Qaç, Snouden qaç 3D” adlı oyun daimi qaçış janrında olan hərəkət oyunudur.
Burada virtual Snouden günəş eynəkləri taxmış amerikalı agentlərdən qaçaraq canını qurtarmağa çalışır. Ən maraqlısı ondadır ki, oyun demək olar ki sonsuzdur və burada qalib gəlmək deyilən anlayış yoxdur. Əsas məqsəd maneələrdən mümkün qədər uzağa qaçmaqdır, bununla belə oyunçular gec-tez yaxalanır.
Hazırkı versiyada oyun 3 mərhələdən ibarətdir. İlk mərhələdə Snouden Milli Təhlükəsizli Agentliyinin koridorları ilə qaçaraq, YuEsBi yaddaş kartlarını yığmağa çalışır. Yaxalandığı təqdirdə, oyunun sonunda onu Qvantanamo həbsxanasına yollayırlar. Belçikalı proqramçıının yaratdığını Snouden Run oyunu Android platformaları və fərdi kompyuterlər üçün nəzərdə tutulub,onu pulsuz olaraq internetdən yükləmək olar.
DOSTLARINLA PAYLAŞ: