Snayperlər Qahirədə nümayişçilərə atəş açdı
30 Yanvar 2011 Bazar 03:20
“Al-Jazeera” telekanalı: Atəş açılması nəticəsində 10-dan artıq adam ölüb.
Qahirədə Daxili İşlər Nazirliyinin binasından snayperlər nümayişçilərə atəş açır. Bu barədə məlumatı Qətərin “Al-Jazeera” telekanalı yayıb. Telekanalın məlumatına görə, nümayişçilər nazirliyin binasına daxil olmaq istəyəndə atəş açılıb. Ölənlərin olduğu bildirilir. İlkin məlumatlara görə, 10-dan artıq adam güllələnib. Səhiyyə sistemindəki mənbə DİN-ə yaxın xəstəxanaya güllə yarası ilə çoxsaylı nümayişçi gətirilib.
Misirdə iqtisadi və siyasi islahatların keçirilməsi, eləcə də 30 ildir ölkəyə rəhbərlik edən 82 yaşlı prezident Hüsnü Mübarəkin istefası tələbi ilə kütləvi etiraz aksiyaları yanvarın 25-də başlayıb. Sonradan aksiyalar kütləvi iğtişaşlara çevrilib və “Al-Jazeera” telekanalının məlumatına görə, 100-ə yaxın adam həlak olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: