Smartfon məktəblinin cibində partlayıb
28 Aprel 2014 Bazar Ertəsi 18:55
Hadisə birinci sinifdə oxuyan qız həyətdə oynayan zaman baş verib.
Qazaxıstanın paytaxtı Astanada birinci sinifdə oxuyan qızın cibində “Samsung Galaxy” smartfonu partlayıb.

ANS PRESS-in məlumatına görə, qızın dərisi güclü yandığına görə bədənin başqa hissələrindən ora dəri köçürülməsinə ehtiyac yaranıb. Hadisə qız həyətdə oynayan zaman baş verib. Qəfil partlayışdan qız qışqırmağa başlayıb və onun əynindəki cins şalvar alışıb.

“Qızımı xilas edən qonşular onun əynindən yanan cinsi çıxarıblar. Məlum olub ki, dəri ilə yanaşı sümüyə qədər əti də yanıb”, - deyə qızın atası bildirib. Hazırda uşaq anası ilə birlikdə xəstəxanandadır və o, dəri köçürülməsi ilə bağlı əməliyyat edilməlidir.

Qızın atası əlavə edib ki, qızının vəziyyəti düzələn kimi o, hadisənin səbəblərinin müfəssəl istintaqına çalışacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar