Slovakiyada növbədənkənar parlament seçkiləri keçirilib
11 Mart 2012 Bazar 11:23
İlkin məlumata görə, sosial-demokrat partiyası irəlidədir
Slovakiyada növbədənkənar parlament seçkiləri yekunlaşıb. ANS PRESS-in Reuters-ə istinadən verdiyi xəbərə görə, ilk məlumatlarda sabiq baş nazir Robert Fisonun rəhbərlik etdiyi Smer-SD sosial-demokrat partiyasının qalib gəldiyi bildirilir. Seçkilərə dair rəsmi nəticələri isə bu günün ikinci yarısında Slovakiya Mərkəzi Seçki Komissiyası elan edəcək.

Yerli Focus agentliyinin məlumatına görə, Smer-SD partiysı seçicilərin 39,6% (parlamentdəki 150 yerdən 75-i) toplaya bilib. İkinci yerdə Xristian demokratlar 9,9 fazilə (1 mandat), ölkədəki hakim SDKU-DS partiyası isə parlamentdə cəmi 15 yerə sahib olublar, onlar 8,1% toplaya biliblər.

Slovakiyanın əhalisi 5,4 milyon nəfərdir. Bu ölkə Avrozonanın ikinci ən kasıb üzvü hesab olunur. Bratislavada işsizlik 10 faiz təşkil edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar