Bu gün Slovakiyanın Trençin şəhərində keçirilən “Pohoda” müsiqi festivalı zamanı səhnənin uçması nəticəsində bir nəfər həlak olub. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli TAZ telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində daha 40 nəfər insan müxtəlif tipli xəsarətlər alıb.
Səhnə baş verən güclü qasırğa nəticəsində gözlənilmədən konsert iştirakçılarının üzərinə aşıb.
Xatırladaq ki, konstruksiya dağılan zaman üzərində 200 nəfər adam olub. Hadisə yerinə onlarla “təcili yardım” maşını cəlb edilib. /ANS PRESS/