Slovakiya paytaxtında ölənlərin sayı dəqiqləşib
30 Avqust 2010 Bazar Ertəsi 20:10
Naməlum şəxs əvvəlcə avtomat, sonra isə tüfənglə ətrafdakılara atəş açıb.
Slovakiyanın paytaxtı Bratislavda ölənlərin sayı 7, yaralananların sayı isə 14 nəfərdir. Bu barədə ölkənin daxili işlər naziri məlumat verib. Onun sözlərinə görə, yaralılar arasında bir nəfər 3 yaşlı uşaq da var.
Hələlik şəxsiyyəti açıqlanmayan qatil əvvəlcə avtomatla daxil olduğu mənzildə 5 nəfəri qətlə yetirib, daha sonra çölə çıxan şəxs binan girişində bir nəfəri güllələyib. Avtomatla, sonra isə ov tüfəngi ilə küçədən keçənləri atəşə tutduqdan sonra o, sonda özünü də güllələyib. Hadisə nəticəsində ölənlərdən 4-ü qadın, 3-ü isə kişidir.
İlkin ehtimallara görə, hadisəni törədən şəxs həmin vaxt ya alkoqolun yaxud da narkotik vasitələrin təsiri altında olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: