Slavyanskda məşhur rus snayperçi öldürüldü
03 May 2014 Şənbə 13:39
“Romaşka” Ukrayna Silahlı Qüvvələrinin hərbçisinin snayperdən açdığı atəş nəticəsində ölüb.
Ukraynanın Slavyansk şəhərində “Romaşka” adı ilə tanınan Rusiya kəşfiyyatçısının məşhur snayperçisi öldürülüb.
ANS PRESS-in məlumatına görə, “Komsomolskaya pravda” qəzetinin Slavyansk şəhərində olan əməkdaşı Aleksandr Koç xəbər yayıb. Onun sözlərinə görə, “Romaşka” Ukrayna Silahlı Qüvvələrinin hərbçisinin snayperdən açdığı atəş nəticəsində ölüb.
“Bu gün Slavyansk şəhərində snayperçilərin dueli zamanı “Romaşka” adı ilə tanınan snayperçi öldürüldü”, deyə A.Koç bildirib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, “Romaşka” fevral ayında Kiyevin Müstəqillik meydanında keçirilən etiraz aksiyaları zamanı nümayişçilərə snayperlə atəş açaraq bir çoxlarının həyatına son qoyub. Aprel ayının ortalarında isə “Romaşka” Ukrayna ordusunun Slavyask şəhərinə girməməsi barədə xəbərdarlıq etmişdi.
DOSTLARINLA PAYLAŞ: