Siyasi qalmaqlın həlli üçün sekslə təzyiq
11 Fevral 2011 Cümə 04:50
Xanım senator vəzifəli şəxslərin həyat yoldaşlarına müraciət edərək onları intim əlaqədən uzaq olmağa səsləyib
Belçikada 243 gündür qurulmayan hökumət böhranına son vermək üçün senator Marlen Temmerman qeyri-adi təkliflə çıxış edib. Xanım senator hökuməti qurmaqla vəzifəli olan şəxslərin həyat yoldaşlarına müraciət edərək onları intim əlaqədən uzaq olmağa səsləyib. Senator bu fikrini Kenyanın siyasi tarixindən göstərdiyi nümunə ilə dəstəkləyib: “Bir illik qalmaqaldan sonra kenyalı siyasətçilərin həyat yoldaşları yataq otağı embarqosu tətbiq etdilər və ərlərini yaxına buraxmayacaqlarını dedilər. Bir həftə sonra hər şey həll olundu”.

Qeyd edək ki, Belçika Avropada ən uzun müddət hökumətsiz qalaraq bu sahədə rekord qırıb. Bu məsələdə dünya rekordu isə 249 günlə İraqa aiddir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar