Siyasi liderlər bu deyişmə vaxtı qeyri-etik sözlər sərf edib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında ötən gün mətbuat vasitəsilə növbəti deyişmə baş verib. Siyasi liderlər bu deyişmə vaxtı qeyri-etik sözlər sərf etdiklərindən telekanallardan biri bu xəbəri tamaşaçılarına qeyri-adi üsulla çatdırıb. “İnternethaber.com” saytının məlumatına görə, “Star” TV kanalı xəbəri təqdim edərkən ekrana “+18” xəbərdarlığı qoyub.