Siyasi İslamdan qorxmaq lazım deyil
05 Mart 2011 Şənbə 07:01
Ağ Ev xalq üsyanlarının baş verdiyi Yaxın Şərq ölkələrində “islamçı hökumət” hazırlıqlarına başlayıb
Rəsmi Vaşinqton Tunisdə başlayıb Misirlə davam edən xalq üsyanlarının baş verdiyi Yaxın Şərq ölkələrində “islamçı hökumət” hazırlıqlarına başlayıb. Prezident Barak Obamanın göstərişi ilə regiopnda fəaliyyət göstərən islami təşkilatları ayrı-ayrı araşdıran amerikalı mütəxəssislər bu təşkilatların hakimiyyətə gələcəkləri təqdirdə necə bir yol təqib edəcəkləri barədə hesabat hazırlayıb. Araşdırılan təşkilatlar arasında AKP-dən (Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası) “Əl-Qaidə”yə qədər bir çox hərəkatın adı var.
“Washington Post” qəzeti hesab edir ki, Tunis və Misir başda olmaqla regionda baş vermiş xalq üsyanlarının səbəbkarı islamçı qüvvələr olmasa da xalq inqlabları bu ölkələrdə keçiriləcək demokratik seçkilərdə islami partiyaların iqtidar olmasına imkan yaradacaq. Qəzet, Msirdə hərbi idarənin yaratdığı konstitusiya hazırlama komissiyasına “Müsəlman Qardaşlar”ın (İxvanul Muslimin) üzvü Sübhi Salehin daxil edilməsini və Yəmənin dini lideri Şeyx Əz-Zindaninin islami hökumət qurmaq tələbini bu iddialarına nümunə kimi göstərir.
Qeyd edək ki, Taliban, “Əl-Qaidə” və “Müsəlman Qardaşlar”ın cihad, xəlifəlik, milli hüdudlar və ABŞ-a baxışı ilə İslami idarə üsullarını analiz edən mütəxəssislər qruplar arasında çox böyük fərqliliklər olduğunu müəyyənləşdirib. ABŞ dövlət departamentinin rəsmilərindən biri “İslami siyasət”də qorxacaq bir şey olmadığını deyib: “Bu ölkələrdə İslamın siyasətə daxil olmasına görə qorxmaq lazım deyil. Onları İslamla olan münasibətlərinə görə yox, siyasi partiya və hökumətlərin strategiyasına görə, dəyərləndirmək lazımdır”.
DOSTLARINLA PAYLAŞ: