Siyasətçinin burnu sındırılıdı
12 Aprel 2010 Bazar Ertəsi 21:40
Keçmiş DTP sədri məhkəmə binası önündə hücuma məruz qalıb.
Türkiyədə fəaliyyəti dayandırılan Demokratik Toplum Partiyasının keçmiş sədri Əhməd Türk hücuma məruz qalıb. Samsun vilayətində məhkəmə binası önündə siyasətçiyə edilən hücumda onun burnu sınıb.

Məhkəmə binasından çıxan Əhməd Türk açıqlama verdikdən sonra avtomobilinə minərkən hücuma məruz qalıb. Xəstəxanaya aparılan siyasətçinin burnunun sındığı və başından yüngül xəsarət aldığı bildirilir. Hadisədən sonra siyasətçiyə yumruq atan 1983-cü il təvəllüdlü İsmayıl Ç. polis tərəfindən həbs edilib. Həmin vaxt məhkəmə binası önündə olan bir qrup insan isə terror təşkilatı əleyhinə şüarlar səsləndirib.

Əhməd Türkün iştirak etdiyi məhkəmə prosesində isə ötən ilin dekabr ayında bir qrup gəncin DTP-nin bağlanmasını bəhanə edərək Bulanık bölgəsində iki nəfərin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən insident araşdırılırmış.

Qeyd edək ki, Demokratik Toplum Partiyası Türkiyədə PKK terror təşkilatının siyasi cinahı hesab edilirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar