Siyasətçi uşaq kimi ağlayıb
02 İyul 2014 Çərşənbə 20:37
Ryutaro Nonomura 30 min dolları təyinatından kənar xərcləməkdə günahlandırılır.
Yaponiyada Ryutaro Nonomura adlı siyasətçi bu gün internetdə yayılan bir video sayəsində çox məşhurlaşıb.
ANS PRESS-in məlumatına görə, 2011-ci ildə Yaponiyanın qərbində yerləşən Hyoqo əyalətində deputat seçilən 47 yaşlı Nonomura 3 milyon yapon yenini (30 min dolları) təyanatından kənar xərcləməkdə günahlandırılır.
Nonomura ittihamlara cavab vermək üçün mətbuat konfransı təşkil edib. Və siyasətçi konfrans zamanı masanı yumruqlayaraq uşaq kimi ağlayıb. Hadisənin görüntüsü internetdə rekord izləyici qazanıb.
DOSTLARINLA PAYLAŞ: