Sisi, nazire qarşı sui-qesdden danışdı
06 Sentyabr 2013 Cümə 01:02
Misir ordusu və polisi, həyata keçirdiyi tədbirləri daha möhkəm tutaraq, terrorçu ünsürləri ortadan qaldıracaq.
Misirin Müdafiə naziri Abdulfəttah əs-Sisi, Daxili işlər naziri Məhəmməd İbrahimə qarşı sui-qəsd cəhdi ilə bağlı açıqlama verib.

ANS PRESS-in "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, Əs-Sisi bildirib ki, Misir ordusu və polisi, həyata keçirdiyi tədbirləri daha möhkəm tutaraq, terrorçu ünsürləri ortadan qaldıracaq.

Nazir mətbuata açıqlamasında, Misir Silahlı Qüvvələrinə inancının tam olduğunu, təhlükəsizlik qüvvələrinin, ölkənin hər yerində sabitliyi təmin etməyə, cinayətkarlara qarşı mübarizə aparmağa qadir olduğunu qeyd edib.

Əs-Sisi, bu hücumun heç bir səmavi dində yerinin olmadığını deyib: "Vətənpərvər və xoşgörüşlü Misir xalqı da bu hücuma qarşıdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar