Sirkin 8 pələngi soyuqdan donaraq ölüb
22 Dekabr 2009 Çərşənbə Axşamı 10:25
Sirkin 8 pələngi soyuqdan donaraq ölüb. Hadisə Yakutsk şəhərində baş verib.
Rusiyanın Yakutiya şəhərində Yeni il şousunun əsas qəhrəmanları ölüb. Səkkiz Afrika şiri və pələng “Saxasirk”də iştirak etmək üçün getdikləri şəhərin yolunda tələf olublar.
Yakutiya daxili işlər idarəsindən verilən məlumata görə, heyvanların dəqiq ölüm səbəblərini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin edilib. “İlkin ehtimala görə, onlar zəhərləniblər”.

Sirkin nümayəndəsi isə pələng və şirlərin işlənmiş qazdan və soyuqdan donduqlarını bildirib. “Ekzotik heyvanları soyuq konteynerlərdə gətiriblər. Onlar bu kəskin soyuqa tab gətirə bilməyiblər. Konteynerdə olan ayılar isə ağır vəziyyətdədirlər. Heyvanların səhhətinə nəzarət etməli olan nəzarətçilər isə yol boyu içiblər".

Onun sözlərinə görə, bu çox xoşagəlməz haldır. Xüsusilə qarşıdan gələn ilin “Pələng ili” olduğunu nəzərə alsaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar