Siqaret çəkənlərə "Yeni il hədiyyəsi"
28 Dekabr 2010 Çərşənbə Axşamı 16:35
Böyük Britaniyada siqaret çəkənlərin sayının azaldılması üçün xüsusi proqram hazırlanıb
Britaniyalı siqaret çəkənlər pulsuz olaraq siqaretə əvəz alacaq. Belə ki, Böyük Britaniyada gələn ildən onlara pulsuz antinikotin yapışdırıcı (plastır) paylanacaq. Aksiya ilk dəfə olaraq Yeni il bayramı çərçivəsində keçirilir və əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlib.
Belə ki, siqaret çəkənlər üçün apteklər və terapevt kabinetləri vasitəsilə 1 milyon plastır paylanılacaq. Bundan başqa, onlar üçün xüsusi dəst ayrılacaq ki, bura etimad telefonu, siqaretin alınmamasından qənaət edilmiş pulu saymaq üçün kalkulyator və digər motivasiyalı materiallar daxil edilib.
Həmçinin, yaxın günlərdə ölkədə “Change4Life” sxemi işə salınacaq. Bu, siqaret çəkənlərə üzgüçülük hovuzlarına və trenajor zallarına güzəştlə getmək imkanı verəcək. Proqram çərçivəsində 5 milyon vauçer paylanması nəzərdə tutulur. Britaniya hökuməti bu proqramın həyata keçirilməsi üçün 250 milyon funt sterlinq vəsait ayırıb.
Qeyd edək ki, Britaniyada hər il siqaretdən 106 min adam ölür.
DOSTLARINLA PAYLAŞ: