Siqaret çəkən meymun reabilitasiya mərkəzinə göndəriləcək
07 İyul 2012 Şənbə 17:12
İndoneziyadakı zooparklardan birinin işçiləri meymunu pis vərdişdən yayındırmağa çalışırlar.
İndoneziyanın Surakarta şəhərinin Mərkəzi Yava əyalətinin zoopark işçiləri dişi oranqutanqı reabilitasiya mərkəzinə göndərmək qərarına gəliblər. ANS PRESS-in məlumatına görə, "Tori" ləqəbli oranqutanqın mərkəzi göndərilməsində məqsəd isə ona uzun müddət vərdiş etdiyi siqareti tərgitməkdir.
Zoopark əməkdaşlarının sözlərinə görə, "Tori" pis vərdişə zooparka gələnlərdən yiyələnib. Belə ki, zooparka gələnlər müntəzəm olaraq qəfəsə siqaret kötükləri atırlar, "Tori" isə onları götürüb axıra qədər çəkir. Oranqutanq siqaret çəkməyi hələ 10 il bundan öncə öyrənib və bu müddət ərzində onun əsirinə çevrilib, bu isə onun sağlamlığına pis təsir göstərir.
İndi zoopark işçiləri "Tori"ni "sevgilisi" ilə birgə insanların olmadığı uzaq adaya aparmaq qərarına gəliblər. Onlar ümid edirlər ki, müəyyən müddətdən sonra oranqutanq bu pis vərdişini unudacaq.
DOSTLARINLA PAYLAŞ: