Sintszyan-Uyğur muxtar rayonunda dəhşət: 96 ölü
03 Avqust 2014 Bazar 13:06
Çin rəhbərliyi Sintszyan-Uyğur muxtar rayonunda 37 nəfərin terror aktı qurbanı olduğunu, 13 nəfərin də yaralandığını açıqlayıb.
ANS PRESS-in "Sinxua dövlət agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxslər yerli və beynəlxalq terror təşkilatlarına arxalanan yerli dəstənin hücumu zamanı öldürülüblər. Hücum edənlərin özlərinin də itki verdiyi, polislə silahlı toqquşmada 59 hücumçunun öldürüldüyü bildirilir. Onlarla avtomobil yandırılıb.

Məlumata görə, son illər həmin bölgədə ən qanlı terror aktı iyulun 28-də baş verib, lakin Çin rəhbərliyi yalnız indi bu barədə açıqlama verib. Hadisənin təfərrüatlarına dair isə ziddiyyətli məlumatlar yayılıb. «Sinxua» agentliyi hücumçuların bıçaq və balta ilə silahlanaraq, Yarkənd ərazisindəki polis məntəqələrinə və hökumət binalarına hücum etdiyini xəbər verir. Onlardan 215-nin həbs edildiyi bildirilir.

Öz növbəsində, Sintszyan-Uyğur muxtar rayonunun köklü sakinləri olan uyğurların hüquqlarını müdafiə edən Amerika Uyğurlar Assosiasiyası isə başqa bir versiyanı irəli sürür. Təşkilatın iddiasına görə, polis müqəddəs Ramazan ayında müsəlmanların sıxışdırılmasına etiraz edən dinc nümayişçilərə atəş açıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar