Bu gün Sinqapur Səhiyyə Nazirliyi ölkədə daha üç «donuz qripi»nə yoluxma halının qeydə alındığını təsdiq edib. Bu barədə "Assoşieytid Press" agentliyi məlumat verib.
Beləliklə, ölkədə bu xəstəliyə tutulanların sayı dördə çatıb. Xəstəliyə yoluxanlar iki yerli sakin və Amerikadan gəlmiş bir nəfər olub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər və xəstələrə lazımi müalicə təyin edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) «donuz qripi» adlandırılan A/H1N1 qripinə tutulanların sayının 48 ölkədə 13, 398 nəfərə çatdığını təsdiq eib. Onlardan 98-i dünyasını dəyişib. /ANS PRESS/