Sinə slikonları narkotik satıcısını ələ verdi
20 İyul 2011 Çərşənbə 06:52
Qonşular dəvlət dəstəyi ilə yaşayan ailənin xanımında baş vermiş dəyişiklik barədə polisə məlumat verib.
İngiltərədə dövlət dəstəyi ilə yaşayan, əslində isə narkotik satıcısı olan ailə qonşuların diqqəti nəticəsində ələ keçirilib. Məlumata görə, Culi Koyn və Corc Kelli cütlüyü orta təbəqə insanların yaşadığı məhəllədə yaşayır və kasıb görünüşləri ilə ətrafda yaşayanların gözünü aldadaraq heç kimdə şübhə yaratmadan narkotik satırmışlar. Culi Koynenin plastik əməliyyatla sinəsinə slikon qoydurması isə diqqətli qonşuların nəzərindən qaçmayıb. Qonşular dəvlət dəstəyi ilə yaşayan ailənin xanımında baş vermiş dəyişiklik barədə polisə məlumat verib. Bu məlumatı əsas götürərək evə hücum edən polis cütlüyün yaşadığı mənzildən 30 000 funt-sterlinq (37 926 AZN) qiyməti olan narkotik maddə və slikonlara ödənən pulların qaiməsini ələ keçirib.
Qeyd edək ki, məhkəmə Culi Koyne barəsində 6 ay icbari əmək, Corc Kelli barəsində isə 2.5 il həbs cəzası verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: