Simon Bolivarın qəbri eksqumasiya edilib
17 İyul 2010 Şənbə 11:35
Bu barədə Venesuela prezidenti məlumat verib.
Venesuelada ötən gün ölkə başçısı Uqo Çavesin iştirakı ilə Latın Amerikasında müsətqillik müharibəsinin qəhrəmanı Simon Bolivarın qəbri açılıb. Ölkə rəhbərliyi Simon Bolivarın ölümünün səbəbini təyin etməyə çalışacaq. Bu haqda məlumatı ölkə prezidenti Uqo Çaves özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Simon Bolivar 1821-ci ildə Venesuela, Ekvador, Panama, Kolumbiya və Perunu işğalçı ispanlardan azad edərək Böyük Kolumbiya adlanan bölgənin ilk başqanı olub. Lakin 7 ildən sonra başlayan daxili çəkişmələr zamanı Böyük Kolumbiya bölünməyə başlayıb. Nəticədə vərəm xəstəliyinə və xəyallarının bölünüb yox olmasına dözə bilməyən Simon Bolivar 1830-cu ildə vəfat edib.

Ü. Çaves Bolivarın öldürüldüyündən şübhələnir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar