KXDR və Cənubi Koreya nümayəndələri müştərək “Keson” sənaye kompleksinin gələcəyi barədə danışıqlar aparıblar. 50 dəqiqə çəkən görüş KXDR–nın sərhədinə yaxın kompleksin ərazisində keçirilib.
Vesti-nin verdiyi məlumata görə, Li Men Bak Cənubi Koreyanın prezidenti olduqdan sonra bu Pxenyan və Seul arasında keçirilən ikinci görüşdü. Qeyd edək ki, bu ilin aprel ayında kompleksin müəssisələrində birgə iş görməklə bağlı tərəflər arasında dialoq qurmaq təşəbbüsü baş tutmayıb. Buna səbəb, iştirakçı ölkələr tərəfindən təqdim olunan proqramda fərqli fikirlərin olması olub. Şimali Koreya müəssisələrin idarə olunması ilə bağlı müqavilə imzalanmasını təkid edib. Cənubi Koreya isə KXDR –da olan işçilərinin azad olunması üçün danışıqların da bu proqrama daxil edilməsi tələb edib. Şimali Koreya isə Seulun bu tələbini rədd edib. /ANS PRESS/