Şimali Qafqazda növbəti terror hadisəsi
17 Avqust 2010 Çərşənbə Axşamı 23:25
Pyatiqorskun mərkəzində VAZ markalı avtomobil partladılıb.
Rusiyada, Şimali Qafqaz Federal Dairəsinin paytaxtı Pyatiqorskda terror aktı baş verib. Yerli vaxtla saat 16:15 radələrində kafelərdən birinin qarşısında saxlanılan avtomobilin partladılması nəticəsində 20 nəfər yaralanıb. Partladılan avtomobilin “VAZ 2106” markalı maşın olduğu bildirilir. Bu artıq son sutka ərzində Qafqazda baş verən ikinci terror hadisəsidir. Rusiya prezidenti terror hadisəsinin araşdırılması ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə və Baş prokurorluğa göstərişlərini verib.

Şəhərin mərkəzində, insanların sıx olduğu yerdə törədilən partlayışda avtomobilin hissələri və şüşə qırıntıları geniş əraziyə səpələnib ki, bu da xeyli sayda insanın yaralanmasına səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar