Şimali Qafqazda DİN əməkdaşlarına növbəti hücum: 4 ölü
06 Fevral 2010 Şənbə 06:55
Mahaçkala şəhəri daxili işlər şöbəsinin rəisi və daha üç milis əməkdaşı həlak olub
Dağıstanın paytaxtı Mahaçkala şəhəri daxili işlər şöbəsinin rəisi və üç nəfər milis əməkdaşı ötən axşam saat 23.00 radələrində atəşə tutulub. Rianovostinin məlumatına görə, milis rəisi Əhməd Məhəmmədovun avtomobilinin atəşə tutulması nəticəsində onun iki mühafizəçisi və sürücüsü hadisə yerində həlak olublar. Rusiya daxili işlər nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Əhməd Məhəmmədov özü isə xəstəxanada dünyasını dəyişib. Mənbənin məlumatına görə, cinayətkarlar iki avtomobildə hərəkət edərək “volqanı” atəşə tutublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: