Şimali Koreyanın nüvə sınaqları düşünülmüş təxribatdır
26 May 2009 Çərşənbə Axşamı 19:35
Böyük Britaniyanın XİN başçısı dünya birliyini vahid mövqe formalaşdırmağa çağırdı

 

Şimali Koreyanın nüvə sınaqları düşünülmüş təxribatdır və buna görə dünya birliyi Pxenyanın atdığı addımlara dair vahid mövqe formalaşdırmalıdır. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, bunu Afinada səfərdə olan Böyük Britaniyanın XİN başçısı Devid Miliband deyib.

«Biz bölgə dövlətləri, habelə BMT Təhlükəsizlik Şurası ilə gərgin iş aparırıq. Məqsəd Pxenyanın bölgədəki sabitlik üçün təhlükə olmadığına dair təminat almaqdır», - deyə Miliband vurğulayıb.

Qeyd edək ki, Pxenyan mayın 25-də nüvə silahının sınaqlarını keçirib.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar