Şimali Koreyadan silah gətirən Qazaxıstan təyyarəsi saxlanılıb
13 Dekabr 2009 Bazar 02:00
Təyyarənin Qazaxıstan və Belarusdan olan beş heyət üzvü həbs edilib
Tailandın paytaxtı Banqkokda Şimali Koreyadan silah daşıyan “İl-76” təyyarəsi saxlanılıb. Müxtəlif məlumatlara görə, təyyarə Gürcüstana və ya Qazaxıstana məxsusdur. Təyyarənin Qazaxıstan və Belarusdan olan beş heyət üzvü həbs edilib.
Tailand Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə Koreya Xalq Demokratik Respublikasından havaya qalxıb və yanacaq doldurmaq üçün Don Mıanqe hava limanına enməyə icazə istəyib. “İl-76”-nı həmin limanda saxlayıblar. Təyyarədəki silahla müsadirə edilib və Takli bazasına göndərilib.
Müxtəlif məlumalara görə, təyyarədə 35-45 ton silah olub. Silahlar əsasən raket və partlayıcıdan ibarətdir. Yükün çatdırılma məntəqəsi açıqlanmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: