Şimali Koreyadan cənub qonşusuna müharibə mesajı
31 Mart 2014 Bazar Ertəsi 10:40
Şimali Koreya artilleriya təlimlərinə başlayıb və Cənubi Koreyaya mərmi atıb.
Amerika Birləşmiş Ştatları və Cənubi Koreyanın növbəti birgə hərbi təlimləri bu dəfə də gərginliyə səbəb olub. Belə ki, Pohan ərazisində keçirilən hərbi təlimlərə cavab olaraq, Şimali Koreya da artilleriya təlimlərinə başlayıb və Cənubi Koreyaya mərmi atıb. Seul da Şimali Koreyanın bu addımına adekvat cavab verib.
Cənubi Koreya rəsmilərinin bildirdiyinə görə, Şimali Koreyanın planlaşdırılmış artilleriya təlimləri onun ballistik raket buraxmaq kimi təxribatlarının davamıdır.
Amerika Birləşmiş Ştatları ilə Cənubi Koreya arasında birgə hərbi təlimlərdə 200-dən çox cənubi koreyalı dəniz piyadası və hərbi-dəniz qüvvələrinin 1000 üzvü, Amerika tərəfdən isə 7500 dəniz piyadası və hərbi-dəniz qüvvələrinin 2000 üzvü iştirak edir.
Bu, 1993-cü ildən bəri ABŞ və Cənubi Koreyanın ən böyük birgə hərbi təlimidir. Təlimlər aprelin 7-dək davam edəcək.
DOSTLARINLA PAYLAŞ: