Şimali Koreyada parlament seçkisi keçirilir
09 Mart 2014 Bazar 10:30
Ölkənin lideri Kim Çen In da daxil olmaqla seçkilərə qatılan 687 namizədin hamısı, eyni partiyanın - hakim "Koreya İşçi Partiyası"nın üzvləridir.
Şimali Koreyada respublikanın ən ali qanunverici və nümayəndəlik orqanı olan Ali Xalq Məclisinə seçkilər keçirilir. Namizədlər siyahısında 687 nəfərin adı var. Ölkənin lideri Kim Çen In da daxil olmaqla, bütün namizədlər hakim «Koreya İşçi Partiyası»nın üzvləridir.

Müşahidəçilər qeyd edirlər ki, seçkilərdə namizədlərin yekun siyahısına əsasən Şimali Koreya rəhbərliyinin hazırki favoritlərinin kimlər olduğunu və Kim Çen Inın hansı siyasi məqsədləri güddüyünü demək mümkündür.

Paytaxt Pxenyan seçkilərin keçirilməsi ilə əlaqədar bayraqlar və posterlərlə bəzədilib, qadınlar isə ənənəvi rəngarəng geyimlərini geyiniblər.

Şimali Koreyanın ali qanunverici orqanına seçkilər Kim Çen Inın dayısı Çan Son Txeki edam etdirməsindən 3 ay sonraya təsadüf edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar