Şimali Koreyada dünyanın ən hündür hoteli tikilir - FOTO
03 Noyabr 2012 Şənbə 07:24
İqtisadi sıxıntılar keçirən Şimali Koreyanın rəhbərliyi ölkənin turizm sektorunu canlandırmaq üçün dünyanın ən hündür hotelinin inşasını başa çatdırmağa qərar verib.
“APA-Economics”in xəbərinə görə, “Ryugyong” adlı hotel piramida şəkilli 105 mərtəbədən ibarət olacaq.
İnşasına 33 il əvvəl başlanan hoteli Almaniyanın “Kempinski” hotellər şəbəkəsi işlədəcək. Bununla da “Kempinski” Qərbin Şimali Koreyada fəaliyyətə başlayan ilk hotel şəbəkəsi olacaq.
“Kempinski”dən başqa Misirin “Orascom” telekommunikasiya şirkəti də hotelə maddi dəstək verir. Hotelin gələn ilin yayında fəaliyyətə başlaması planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: